İran dövlət televiziyası “Sarı gəlin”i erməni mahnısı kimi yayıb - VİDEO
İran dövlət televiziyasında Azərbaycanın xalq mahnısı “Sarı Gəlin” erməni dilində səsləndirilib.
İran dövlət televiziyasında Azərbaycanın xalq mahnısı “Sarı Gəlin” erməni dilində səsləndirilib.
Xankəndi şəhərində terror törətməyə cəhd edən Karen Avanesyan 16 il azadlıqdan məhrum edilib. Primeinfo.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. Məhkəmənin qərarı ilə K.Avanesyan 16 il azadlıqdan məhrum edilib.
“Rusiya siyasətində həmişə çirkli oyunlar aparılıb – xüsusilə də xarici siyasətində. Heç bir qayda-qanuna, məntiqə, insanlığa sığmayan addımlar atılıb”.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 23-də davam etdirilib. Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
“Ramiz Mehdiyevin erməni olduğunu ilk dəfə mən ortaya çıxarmışam”.
Cənubi Dairə Hərbi Məhkəməsi 2022-ci ildə Krım körpüsündə törədilmiş terror aktı ilə bağlı 8 müttəhimi ömürlük həbs cəzasına məhkum edib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məhkəmə müttəhimlər Artem Azatyan, Qeorqi Azatyan, Oleq Antipov, Aleksandr Bılin, Vladimir Zloba, Dmitri Tyjelıx, Roman Solomko və Artur Terçanyanı təqsirli bilib və onların ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verib.
“Bizə sosial şəbəkələrdə yazırlar ki, “sizin kimilərə görə yenə müharibə olacaq”. Əksinə, elə sizin kimilərə görə yenə müharibə olacaq. Siz yenə o erməniləri gətirib çıxaracaqsınız millətin təpəsinə.
Ermənistan mətbuatı erməni nümayəndə heyətinin noyabrın 21-22-də gerçəkləşən Bakı səfərindən yazamağa davam edir. “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində baş tutan bu səfərdə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və insan haqları fəalı Naira Sultanyan iştirak ediblər. Primeinfo.az xəbər verir ki, erməniləri Bakıda müşayiət etmiş Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Ermənistan nümayəndə heyətinin səfəri ilə bağlı bəzi detalları bölüşüb.
“Azərbaycanla Ermənistan arasında böyük qanlı müharibələr olub. Bu işğalçı müharibələr Ermənistanın fəaliyyəti sayəsində baş verib. Düzdür, xalqlar nə zamansa barışırlar. Amma kimisə qucaqlayıb, öpmək üçün hələ tezdir. Yaralarımız sağalmayıb”.
“Paşinyan bildirib ki, Zəngəzur dəhlizinin tikintisinə 2026-cı ilin ikinci yarısından başlanılacaq. Həmin müddətədək layihələndirmə işi həyata keçiriləcək. Aydın məsələdir ki, bununla bağlı ABŞ Ermənistana təzyiq edir ki, götürdüyünüz öhdəliyi yerinə yetirin. Biz də səbrlə gözləyirik”.