Ermənistanla Azərbaycan arasında müzakirələr aparılır. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan bildirib. “Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını bizə verib, biz də öz növbəmizdə öz siyahımızı onlara təqdim etmişik.
24 fevral tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər. Azərbaycan Xarici İşlər Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub. Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
Fransa Prezidenti Emmanuel Makronun mayın 4-də Ermənistana ikigünlük səfəri planlaşdırılır. Primeinfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı fəxri konsulu Denis Corkayeff bildirib. Səfər çərçivəsində Fransa liderinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi və İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak edəcəyi gözlənilir
Sülh sözünün böyük hərflərlə yazıldığı fonda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxışıblar. İlk baxışda təsadüf kimi görünən bu detal əslində dərin simvolik məna daşıyır.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla münasibətləri haqda danışıb.
Rəsmi Moskva İrəvanın Ermənistan dəmir yollarının nəzarətinin Rusiyadan başqa ölkəyə verilməsi ilə bağlı açıqlamalarını qəribə və qəbuledilməz adlandırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib. O, Rusiyanın bütün regional iqtisadi və nəqliyyat kommunikasiyaların açılmasının tərəfdarı olduğunu qeyd edib.
Türkiyə və Ermənistan ikitərəfli quru ticarətinə başlamaq barədə razılığa gəliblər. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin T24 nəşri məlumat yayıb. “Al Monitor” qəzetinin jurnalisti Ezgi Akinin sözlərinə görə, vəziyyətlə tanış olan iki kommersiya mənbəyi Ankara və İrəvanın birbaşa quru ticarətinə başlamaq barədə razılığa gəldiyini bildirib.
Azərbaycan üzərindən ixrac marşrutu Ermənistan biznesi üçün açıqdır. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib. “Biz buna ən yüksək səviyyədə təminat almışıq”, – o qeyd edib.
“Ermənistanla Rusiyanı Avrasiya İqtisadi İttifaqı inteqrasiya layihəsi birləşdirir. Çətin ki, kimsə Avrasiya İqtisadi İttifaqının Ermənistanın iqtisadi inkişafının yüksək artım tempinin qorunub saxlanmasında oynadığı rolu mübahisələndirə bilsin”. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ermənistanla ABŞ arasında iqtisadi və nüvə enerjisi saəsində əməkdaşlığa dair imzalanan razılaşmalara münasibət bildirərkən deyib.
“Azərbaycan və Ermənistan suveren dövlətlərdir. Onların müxtəlif dövlətlərlə öz münasibətlərini qurmaq üçün suveren hüquqları var”. Primeinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana səfərinə münasibət bildirərkən deyib.