Qaradağda instensiv yağışlar səbəbilə qabaqlayıcı tədbirlər görülüb. Primeinfo.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə, rayon Sukanal İdarəsi Puta gölünün leysan yağışlar zaman səviyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1000 mm olan 20 paqon metr uzunluqda əlavə suötürücü dəmir – beton boru quraşdırıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Aramsız yağış paytaxtın Abşeron rayonunda da ciddi fəsadlar yaradıb. Primeinfo.az xəbər verir ki, bu əbarədə oxucular “Qafqazinfo”ya video göndəriblər. Vətəndaşlar qeyd edib ki, Xırdalan şəhərinin 26-cı məhəlləsindəki binanın zirzəmisini su basıb.
Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir. Primeinfo.az xəbər verir ki, görülmüş tədbirlər nəticəsində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Aramsız yağan yağış ölkənin müxtəlif ərazilərində və paytaxtda fəsadlar törətməkdə davam edir. Primeinfo.az xəbər verir ki, yağış suları Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində də problemlər yaradıb. Belə ki, ticarət mərkəzinin bəzi hissələrini su basıb, sahibkarların mağazaları, eləcə də piyadaların hərəkət zolaqları su altında qalıb.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, mülayim şimal-qərb küləyi əsəcəyi gözlənilir.
Azərbaycanda martın 8-də havanın arabir yağıntılı olacağı gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-Şərqi Asiyada şiddətlənən musson yağışları Taylandın cənub əyalətlərində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Primeinfo.az xəbər verir ki, günlərlə davam edən güclü yağış səbəbilə bölgədə fövqəladə vəziyyət elan olunub. Taylandın Fəlakətlərin Qarşısının Alınması və İdarə Edilməsi Departamenti (DDPM) daşqın və torpaq sürüşmələrinin 10 əyalətdə 719.000 fərdi təsərrüfata və 1.917.000-dən çox insana təsir etdiyini açıqlayıb.