Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: gürcüstan

Gürcüstan Orta Dəhlizlə bağlı Çinlə əməkdaşlığı davam etdirməyə hazırdır - Kobaxidze

Anaklia dərin dəniz limanı, Şərq-Qərb avtomagistralı, Qara dəniz sualtı kabeli, Tbilisi beynəlxalq hava limanı layihəsi və Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstanı Çin və Avropa arasında əsas ticarət və nəqliyyat marşrutuna çevirir, regional əlaqələri möhkəmləndirir və iqtisadi əməkdaşlığın inkişafına töhfə verir. Primeinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində çıxışında deyib. O bildirib ki, Gürcüstan Çinlə tərəfdaşlığı gücləndirmək və müxtəlif sahələr üzrə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Aİ Gürcüstan rəsmilərinə qarşı sanksiya tətbiq EDƏCƏK

Gürcüstanda dinc etirazlara qarşı güc tətbiq edən rəsmilərə sanksiya tətbiq edilə bilər. Primeinfo.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas deyib. “Biz Gürcüstanda dinc nümayişçilərə güc tətbiq edən yüksək rütbəli dövlət məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çalışırıq.

Gürcüstan parlamenti: “Erməni deputatlar Gürcüstana qarşı addım atdılar”

“Avronest” Parlament Assambleyasının Gürcüstanla bağlı qətnaməsini imzalayanlar arasında erməni deputatların da olmasından təəssüflənirik. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani deyib. O bildirib ki, sənədi imzalayan erməni deputatlar öz baş nazirlərinə etimad göstərməyiblər: “Qətnaməni əvvəllər oxşar sənədləri qəbul etmiş və Gürcüstana qarşı düşmən mövqe tutmuş Avropa Parlamentinin eyni nümayəndələri dəstəkləyib.

Bu ölkədə dövlət qulluqçularının bir neçə yerdə işləməsi qadağan olunub

Gürcüstanda dövlət qulluqçularının bir neçə yerdə işləməsinə qadağa tətbiq edilib. Primeinfo.az xəbər verir ki, Gürcüstanda dövlət xərclərinin optimallaşdırılması məqsədilə hazırlanmış yeni qanun bu gündən qüvvəyə minib. Qanuna əsasən, dövlət sektoru əməkdaşlarının eyni vaxtda bir neçə dövlət qurumunda tam iş günü əsaslı işləmələrinə qadağa qoyulub.

İran bu ölkələrə səfir təyin etdi 

İran Ermənistana və Gürcüstana yeni səfirlər – Xəlil Şirqulami və Əli Mocanini təyin edib.  Primeinfo.az IRNA-ya istinadən məlumatına görə, onları İranın xarici işlər naziri Abbas Əraqçi Şərqi Azərbaycan əyalətinin iqtisadi məsələlərinə dair müşavirə zamanı təqdim edib.   

Tbilisidə son üç gündə 60 etirazçı saxlanılıb

Son üç gün ərzində Tbilisidə 60 etirazçı saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata əsasən, həmin şəxslər yığıncaqların və nümayişlərin keçirilməsi ilə bağlı qaydaları pozublar.

Əli Nağıyev Gürcüstanda rəsmi səfərdə

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevi qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Məlumata görə, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş gələcək təşəbbüsləri müzakirə ediblər.

Gürcüstan DTX: Sabiq Baş nazir qanunsuz gəlir əldə etdiyini etiraf edib

Gürcüstanım sabiq Baş naziri İrakli Qaribaşvili bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə DTX-dan bildirilib. Məlumata əsasən, İ.Qaribaşvili istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.