Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri sel basıb
Gürcüstanın Laqodexi bölgəsində azərbaycanlıların sıx yaşadığı kəndləri sel basıb, həyətlər və avtomobillər su altında qalıb. Primeinfo.az Report-a istinadən xəbər verir ki, soydaşlarımızın kompakt yaşadığı Gəncəli, Uzuntala kəndlərində təbii fəlakət yaşanıb. Qabal və Qaracalar kəndləri də təbii fəlakətlə üzləşib.