Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur.
Bəzi ərazilərində müşahidə olunan dumanlı hava şəraiti yollarda ciddi təhlükə yaradır. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib. Qeyd olunur ki, duman görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır.
Yanvarın 4-nə gözlənilən proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Aparılmış çoxillik iqlim müşahidələrinə görə yanvar ilin ən soyuq ayı sayılır. Yanvar ayı arktik soyuq hava kütlələrinin ölkə ərazisinə tez-tez müdaxiləsi zamanı soyuq, isti hava kütlələri üstünlük təşkil edərsə bu zaman daha mülayim keçir. Bu ilin yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Azərbaycanda 31 dekabr-2 yanvar tarixlərində gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, sürəti 15-18 m/s təşkil edəcək, arabir 20-23 m/s-dək güclənəcək.
Dekabrın 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Azərbaycanın rayonlarında dekabrın 29-u axşamdan 30-u səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Primeinfo.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorogiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib.