Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Hikmət Hacıyev

Slovakiya səfiri Azərbaycana təşəkkür edib

Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov xarici diplomatların Cəbrayıl və Zəngilana səfəri barədə təəssüratlarını bölüşüb.  Primeinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.  Diplomat səfəri maarifləndirici adlandırıb və qeyd edib ki, səfərdə iştirak edənlər regional inkişaf və bölgədəki bərpa layihələri, həmçinin mövcud vəziyyət barədə dəyərli məlumatlar əldə ediblər  Elçin Qasımov səmimi qonaqpərvərliyə görə də təşəkkürünü bildirib.   

Hikmət Hacıyev: “Bu yollar sadəcə asfalt deyil, sivilizasiyanın özüdür”

Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək potensialına malikdir. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib. “Biz inanırıq ki, Zəngəzur dəhlizi təkcə bizim bölgəmiz üçün deyil, həm də daha geniş Avrasiya məkanında böyük üstünlüklər yarada bilər.

Abdullah Eren Hikmət Hacıyevlə görüşüb - FOTO

Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

İlham Əliyev BƏƏ-nin Federal Milli Şurasının sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  Primeinfo.az xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Saqr Qobaş bildirdi ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana, Şuşa şəhərinə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayır. 

Türkiyə XİN rəhbərinin müavini Hacıyev və Xələfovla görüşdü - FOTO   

Türkiyə Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb.  Primeinfo.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.  Görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və əlaqələrin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.