Milli Məclisin növbəti iclasının tarixi məlum olub. Primeinfo.az-ın xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib. Milli Məclisin növbəti iclası fevralın 27-də olacaq.
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclası keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Türk Dövlətləri Təşkilatından bildirilib. İclasda TDT-nin Baş katibinin iştirakı da nəzərdə tutulur.
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub. Primeinfo.az xəbər verir ki, parlamentin fevralın 20-də keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
Yeni Azərbaycan Partiyası (YAP) Ramiz Mehdiyevlə bağlı bu yaxınlarda toplaşaraq qərarını verəcək. Primeinfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat, hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, deputat Tahir Rzayev deyib. O qeyd edib ki, hər şey istintaqın gedişindən aslıdır.
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. Primeinfo.az xəbər verir ki, parlamentin fevralın 13-də keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi.
30 yanvar tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildiirlib ki, iclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn tapşırıqlar və 2025-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2026-cı il üzrə Fəaliyyət Planı, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 2025-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair Hesabat, “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrup”un təqdimatı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2025-ci il üzrə Fəaliyyət Hesabatı və 2026-cı il üçün Fəaliyyət Planı və digər aktual məsələlər ətraflı müzakirə olunub.
“Dünyanın oyanması lazımdır, İranla bağlı təcili BMT iclasına ehtiyacımız var”. Primeinfo.az xəbər verir ki, bu barədə BMT-nin Nəzarət Qrupu açıqlayıb. Bundan əvvəl ABŞ lideri Donald Tramp bildirib ki, ABŞ İranda etirazların yatırılmasına cavab olaraq hərbi variantlar da daxil olmaqla çox sərt variantları nəzərdən keçirir.
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2026-cı ildə ilk iclası keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb. Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyev ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizin qorunmasının vacibliyini vurğuladı.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dekabrın 11-də növbəti iclası keçirilib.
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qida məhsullarının keyfiyyətinin və texnologiyası” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 33) növbəti iclası keçirilib. Bu barədə Primeinfo.az-a AZSTAND-dan bildirilib. İclasda Avropa və dövlətlərarası standartlar əsasında hazırlanan süfrə zeytunu, yeməklik zeytun yağı, çörək sənayesi üçün buğda unu, meyvə-tərəvəz konservləri, şokolad və şokolad məhsulları, kərə yağı və s.