Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib.
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli Fərhad Xəlilov! Sizi – müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb. Qanuna əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılacaq.
Prezident İlham Əliyev Vergi, Miqrasiya Məcəllələrində, eyni zamanda “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklikləri imzalayıb. Primeinfo.az xəbər verir ki, sənədə əsasən, 2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan “Startap” şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxsə aid olduqda vergi ödəyicisinin iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərin 100 faizi azı 3 il ərzində gəlir və mənfəət vergisindən azad ediləcək. Əvvəlki qanuna görə, mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir 3 il müddətinə gəlir və mənfəət vergisindən azad idi.
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Oktyabrın 21-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan Prezidenti İlham Əliyev rəsmi “X” hesabında Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və sülh prosesi ilə bağlı çıxışından videoçarx paylaşıb.
Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.