Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kamboca Krallığının Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib.
Biz Cənub Şərqi Asiya ilə maraqlanırıq, bizim xarici siyasətin prioritetlərindən biridir, vacib bir bölgədir.
Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb. Primeinfo.az-ın məlumatına görə, mətndə deyilir: “İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İspaniya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub.
Oktyabrın 12-də Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib.
Türkmənbaşıda keçirilən MDB Dövlət Başçılarının sammiti zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan Baş naziri Nikol Paşinyanla bağlı zarafat edib. Primeinf.az xəbər verir ki, sammit çərçivəsində dövlət və hökumət başçıları birgə foto çəkdirən zaman Ermənistan Baş naziri Nikol Paşinyan onun üçün ayrılmış yerə yaxınlaşıb. Bu zaman Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyana işarə edərək Azərbaycan Prezidenti İlham Əliyevə deyib: “Bizim əlimizdən heç yana qaça bilməyəcək”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb.
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. [gallery ids="113745,113746"]
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları “Avaza” Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar.