Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə uzun ömür, xoşbəxtlik və davamlı uğurlar arzulayıram.
Azərbaycan Hökuməti ilə Ruanda Hökuməti arasında hava əlaqəsi haqqında Saziş təsdiqlənib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Saziş 2025-ci il sentyabrın 20-də Bakıda imzalanıb.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti təkmilləşdirilir.
Azərbaycan “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulur. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib. Saziş 1968-ci il aprelin 22-də imzalanıb.
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Cənab Prezident. Zati-alinizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm – Kəngərli, Sarıcalı, Xıdırlı.
Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir.
Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Uzun fasilədən sonra ağdamlılar öz doğma şəhərinə qayıdırlar. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər. Primeinfo.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına kompleksdə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.