Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ilham eliyev

İsrail Prezidenti İlham Əliyevə zəng edib

Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. İsrail Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Şavkat Mirziyoyev dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Peter Pelleqrini Prezident İlham Əliyevi təbrik edib

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevi təbrik edib. Primeinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Əziz dost. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

“Bala neçə aylıqdır?” – Prezident – VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. Primeinfo.az-ın məlumatına görə, dövlət başçısı səfər çərçivəsində qəsəbə sakini Yadigar Əsədovanın evində olub. Sakin: Xoş gəlmisən!

Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib

Dekabrın 23-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Primeinfo.az xəbər verir ki, İran Prezidenti dövlətimizin başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Aleksandr Beqlov Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Primeinfo.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli İlham Heydər oğlu. Sankt-Peterburq Hökuməti və şəhərin sakinləri adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.

Ruslan Auşev Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti vəzifəsindəki çoxşaxəli fəaliyyətiniz Sizin görkəmli dövlət, siyasi və beynəlxalq xadim kimi böyük istedadınızı üzə çıxarıb.

TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident. İcazə verin, Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan və Türk Dövlətləri Təşkilatının Katibliyinin heyəti adından səmimi-qəlbdən təbrik edim.