İran Azərbaycan, Türkiyə və Kiprə qarşı dron hücumlarını təkzib edib
İran Azərbaycan, Türkiyə və Kiprə qarşı dron hücumlarını təkzib edib
İran Azərbaycan, Türkiyə və Kiprə qarşı dron hücumlarını təkzib edib
Bəhreynin hava hücumundan müdafiə sistemləri regional qarşıdurmanın başlanğıcından bəri İrandan atılan 95 raket və 164 dronu hava məkanında zərərsizləşdirib. Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə krallığın Müdafiə Nazirliyi açıqlama verib. “İranın hücumları başlayandan bəri ölkənin hava hücumundan müdafiə sistemləri 95 raketi və 164 PUA-nı ələ keçirib və məhv edib”, – nazirliyin açıqlamasında qeyd olunur.
Birləşmiş Ərəb Əmirlikləri ilk dəfə İran hədəflərinə zərbələr endirib.
ABŞ Prezidenti Donald Tramp İranın xam neft ixracatının təxminən 90 faizinin həyata keçirildiyi Fars körfəzindəki strateji Xarq adasını ələ keçirməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən yazıb. Bildirilir ki, adaya nəzarət İran iqtisadiyyatına ciddi təzyiq göstərə və enerji ixracatını kəskin poza bilər.
İran Ekspertlər Məclisi Ali Rəhbərin varisi ilə bağlı razılığa gəlib.
“Müharibəni 6 ay davam etdirə bilərik”. Primeinfo.az xəbər verir ki, “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Əli Məhəmməd Naini deyib. O, açıqlamasında İranın əməliyyat tempini qorumaqla, ən azı 6 ay davam edən gərgin bir müharibəni davam etdirə biləcəyini bildirib.
“İranın xəritəsi dəyişə bilər”. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Floridaya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. “İrandakı əməliyyatlar başa çatdıqdan sonra ölkənin xəritəsinin əvvəlki kimi qalacağına əmin deyil”, – o qeyd edib.
Küveytdə Sosial Təminat Qurumunun binasına hücum edildiyi və nəticədə dağıntı olduğu bildirilib. Primeinfo.az xəbər verir ki, hücumdan sonra Küveyt Kommunikasiya Mərkəzi məsələ ilə bağlı açıqlama yayıb. Bəyanatda Sosial Təminat Qurumunun yerləşdiyi göydələnin hədəfə alındığı və insident nəticəsində obyektə maddi ziyan dəydiyi qeyd olunub.
SEPAH Azərbaycana böhtan ataraq hədələyib. Primeinfo.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, məlumat İran Dövlət Televiziyasının teleqram kanalında yerləşdirilib. Məlumata əsasən, “Xatəmül-Ənbiya” qərargahının sözçüsü deyib: “İran İslam Respublikasının Silahlı Qüvvələri bölgədəki amerikalı və sionist təcavüzkarlarla genişmiqyaslı döyüşlərdə iştirak etməsinə baxmayaraq, hərtərəfli səylərlə dost, qonşu və müsəlman ölkələrinin milli təhlükəsizliyinə və mənafelərinə heç bir zərər gəlməməsinə çalışıb.
İranın cənubunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Geologiya Xidməti (USGS) məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Bəndər Abbas şəhərindən 74 km qərbdə (liman suları Hörmüz boğazının şimalında yerləşir), ocağı isə 10 km dərinlikdə yerləşib.