Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar “X”də bildirib. O, Ceyhun Bayramovla telefon danışığı zamanı “İranın Azərbaycana qarşı qəsdən və açıq təcavüzünü pislədiyini” bildirib.
İran Naxçıvana 4 PUA ilə hücum aktlarını törədib, biri sıradan çıxarılıb – MN
Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağı var, nə də siyasəti buna imkan verir: “Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq.
Prezident İlham Əliyev İranın Naxçıvana dron hücumunu çirkincə, namərdcə, nakişi kimi zərbə adlandırıb.
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb.