Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: israil

ABŞ və İsrail SEPAH bazalarına zərbə endirdi

ABŞ və İsrail İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazalarına zərbələr endirib. Primeinfo.az xəbər verir ki, Tehranın qərb hissəsində partlayış səsləri eşidilib. Zərbələrdən biri Qərbi Azərbaycan vilayətində, Uşnavi şəhərində həyata keçirilib.

Netanyahu: "İsrail İrana hücumları artıracaq"

İsrail Livan və İrana hücumları artıracaq. Primeinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə birlikdə Palmaçim hava bazasına səfəri zamanı bildirib. Netanyahu qeyd edib ki, İsrail Hizbullah və İrana hücumlarını gücləndirəcək.

İsrail İranın mərkəzi qərargahına zərbə endirib - FOTO

İran rəhbərliyinin iqamətgahı – mərkəzi qərargah dağıdılıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. Bildirilib ki, bu kompleks hökumətin ən yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi iclaslara ev sahibliyi edib.

ABŞ və İsraildən SEPAH-a zərbə: 5 hərbçi ölüb

ABŞ və İsrailin İranın Buşehr əyalətinə endirdiyi zərbələr nəticəsində İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz (HDQ) və Hərbi Hava (HHQ) qüvvələrinin beş hərbçisi ölüb. Primeinfo.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. “ABŞ və İsrailin Buşehr əyalətinin Cam və Dəyyər rayonlarına hücumları nəticəsində Korpusun beş hərbçisi həlak olub”, – məlumatda bildirilib.

Tramp İrana qarşı əməliyyatın uzadılmasını istisna etməyib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın ilkin olaraq dörd-beş həftə davam edəcəyinin planlaşdırıldığını, lakin zərurət yaranarsa, müddətin uzadıla biləcəyini bildirib. Primeinfo.az xəbər verir ki, o, bu barədə Ağ Evdə dövlət mükafatlarının təqdimat mərasimində çıxışı zamanı danışıb. “Biz artıq proqnozlarımızı xeyli üstələmişik.

Tramp İrana ABŞ qoşunlarının göndərilməsini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp İrana Amerika qoşunlarının yerləşdirilməsi ehtimalını istisna etmədiyini bildirib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “The New York Post” qəzetinə müsahibəsində danışıb. “Mən “quru qoşunları olmayacaq” deyən prezidentlərdən deyiləm.

İsrail Beyrutda “Hizbullah”ın kəşfiyyat rəisini öldürüb

“Hizbullah”ın kəşfiyyat rəisi Hüseyn Makled İsrailin Beyruta hücumunda öldürülüb. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, İsrailin hərbi qüvvələri “Hizbullah”ın kəşfiyyat rəisi vəzifəsində çalışan Hüseyn Makledin dünən gecə Beyrutda dəqiq zərbə ilə öldürüldüyünü təsdiqləyir. İsrail tərəfinin yaydığı məlumata görə, həmin gecə Livanın cənubunda da zərbələr endirilib və bu, “Hizbullah”ın artileriya zərbələrinə cavab olub.