Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ixrac

Azərbaycanda polad boru istehsalı 2,1 dəfə artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 199 min ton polad boru istehsal edilib. Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Bu il dekabrın 1-nə olan vəziyyətə görə, ölkədə 3,8 min ton hazır məhsul ehtiyatı olub.

Azərbaycandan Danimarkaya ixrac olunan neftin həcmi açıqlanıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Danimarkaya ümumilikdə 49,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 88,2 min ton xam neft və neft məhsulları ixrac olunub. Primeinfo.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən il Azərbaycandan Danimarkaya neft ixrac olunmayıb.