Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: kreml

Kreml: "Putin Pasxa atəşkəsi haqqında qərar verməyib"

Rusiya prezidenti Vladimir Putin hələ ki, Ukrayna ilə Pasxa atəşkəsi haqqında qərar verməyib. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Putin hələ Ukrayna ilə mümkün Pasxa atəşkəsi ilə bağlı heç bir qərar qəbul etməyib.

Kreml builki Qələbə paradını ləğv edə bilər

Kreml builki Qələbə Günü tədbirlərində düzəlişlər edə bilər. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Nezıqar” Telegram kanalı məlumat yayıb.   Bildirilib ki, düzəlişlərə paradın tamamilə ləğv edilməsi və ya 30-40 dəqiqəlik qısaldılmış formatda keçirilməsi daxil ola bilər.

Kreml Əli Laricaninin öldürülməsini pisləyib

Kreml İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsini pisləyib. Primeinfo.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin İran rəhbərliyinin nümayəndələrinə qarşı öldürücü fəaliyyəti pislədiyini bildirib. “Rusiya sağlamlığa zərər vurmağa yönəlmiş hərəkətləri, xüsusən də suveren İran və digər ölkələrin rəhbərliyinin nümayəndələrinin öldürülməsini qətiyyətlə pisləyir”, – Kremlin rəsmi nümayəndəsi bildirib.

Kreml ABŞ-ın iddiasını təkzib edib

Rusiya və Çin nüvə sınaqları keçirməyiblər. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. O, ABŞ-ın 2020-ci ilin iyun ayında Çində yeraltı nüvə sınaqları ilə bağlı yeni məlumatların olması bağlı iddiasını təkzib edib.

Kreml Ermənistanın ABŞ-la nüvə enerjisi üzrə əməkdaşlıq planlarına münasibət bildirib

“Ermənistanla Rusiyanı Avrasiya İqtisadi İttifaqı inteqrasiya layihəsi birləşdirir. Çətin ki, kimsə Avrasiya İqtisadi İttifaqının Ermənistanın iqtisadi inkişafının yüksək artım tempinin qorunub saxlanmasında oynadığı rolu mübahisələndirə bilsin”. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ermənistanla ABŞ arasında iqtisadi və nüvə enerjisi saəsində əməkdaşlığa dair imzalanan razılaşmalara münasibət bildirərkən deyib.

Kreml Vensin Azərbaycan və Ermənistana səfərinə münasibət bildirib

“Azərbaycan və Ermənistan suveren dövlətlərdir. Onların müxtəlif dövlətlərlə öz münasibətlərini qurmaq üçün suveren hüquqları var”. Primeinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana səfərinə münasibət bildirərkən deyib.

Peskovun qızının şəkilləri müzakirələrə səbəb oldu- FOTO

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskovanın cəsarətli libasda çəkdirdiyi yeni fotoları gündəm olub. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, instaqram hesabında sevgilisi ilə adada istirahət zamanı çəkdirdiyi şəkilləri paylaşıb. Yelizaveta transparan, bədəninə yapışan geyimdə pozalar verib və paylaşımına “Məni cənnətə apar” şərhini yazıb.