Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Laricani

Netanyahu: "Laricanini öldürdük, İran xalqına rejimi devirmək şansı verdik"

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi İran xalqına rejimi devirmək fürsəti vermək məqsədi daşıyır. Primeinfo.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. O bildirib ki, Əli Laricaninin və “Bəsic” qüvvələrinin komandiri Qülamrza Süleymaninin öldürülməsi “İran xalqına fürsət vermək üçün rejimə ziyan vurmaq” cəhdi idi.

Əli Laricaninin müraciəti yayımlanıb

Əli Laricaninin müraciəti yayımlanıb. Primeinfo.az xəbər verir ki, müraciətin mətni İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin “X” hesabında paylaşılıb. Lakin müraciətdə İsrailin gecə saatlarında Tehrana aviazərbələri nəticəsində öldürülən yüksək vəzifəli İran rəsmiləri, o cümlədən Əli Laricani barədə heç nə deyilməyib.

Laricani Trampa çağırış etdi

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehrandakı Qüds Gününə həsr olunmuş nümayişdə ABŞ prezidenti Donald Trampa müraciət edib. Primeinfo.az xəbər verir ki, Laricaninin sözlərinə görə, Tramp İran xalqının yetkin, güclü və qətiyyətli olduğunu başa düşmür. “ABŞ təzyiqi nə qədər çox olarsa, xalqın iradəsi də bir o qədər güclü olar”.

Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb. “Hörmüz boğazı ya hamı üçün sülh və inkişaf boğazı, ya da müharibəni qızışdıranlar üçün məğlubiyyət və əzab boğazı olacaq”, – Laricani xəbərdarlıq edib.

Laricani Trampın təhdidlərini "boş" adlandırıb

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Prezidenti Donald Trampa cavab verib. Primeinfo.az xəbər verir ki, o, “X” hesabında Trampın daha sərt zərbə endirməklə bağlı təhdidlərinin “boş” olduğunu bildirib. Qeyd edək ki, Tramp İranın Hörmüz boğazını bağlamaq üçün addımlar atacağı təqdirdə, indikindən “20 dəfə daha güclü” şəkildə İranı bombalayacağı ilə hədələyib.

Laricani: "500-dən çox Amerika hərbçisi öldürülüb"

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani 500-dən çox Amerika hərbçisinin öldürüldüyünü iddia edib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib. Müharibənin davam etdiyini bildirən Laricani Seyid Əli Xameneinin öldürülməsinin bədəlinin ağır olacağını qeyd edib.

Laricani: "İran uzunmüddətli müharibəyə hazırdır"

ABŞ-dan fərqli olaraq, İran özünü uzunmüddətli müharibəyə hazırlayıb. Primeinfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında bildirib. O qeyd edib ki, bu müharibəyə İran başlamayıb və ölkənin silahlı qüvvələrimiz müdafiə olunmaqdan savayı heç bir hücum həyata keçirməyib.

Laricani: “İran ABŞ-la heç bir danışıq aparmayacaq”

İran ABŞ-la heç bir danışıq aparmayacaq. Primeinfo.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında yazıb. Qeyd edək ki, bundan əvvəl “Wall Street Journal”da İranın ABŞ-la danışıqları bərpa etmək üçün müraciət etdiyi barədə xəbər yayılıb.