Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: leyla eliyeva

Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib - FOTO

Fevralın 24-də Leyla Əliyeva Qubada şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb. Primeinfo.az xəbər verir ki, əvvəlcə Leyla Əliyeva “Bizim Mətbəx” layihəsinin könüllüləri ilə birlikdə yeməklərin iftar süfrəsi üçün hazırlanmasında yaxından iştirak edib. Müqəddəs Ramazan ayının mənəvi dəyərlərinin paylaşıldığı məclisdə sakinlərlə birlikdə iftar edilib, dualar oxunub.

Leyla və Alena Əliyevalar Cümə məscidini ziyarət ediblər - FOTO

Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər çərçivəsində şəhərin əhəmiyyətli tarixi-memarlıq abidələrindən olan Cümə məscidini ziyarət ediblər. Primeinfo.az xəbər verir ki, ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və məscidin dini icmasının sədri İlqar Bayramov Quba Cümə məscidi barədə ətraflı məlumat verib. Bildirilib ki, məscid XIX əsrin unikal memarlıq nümunələrindən biri olmaqla bölgənin dini-mədəni həyatında mühüm yer tutur.

Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı olub - FOTO

Fevralın 24-də Leyla Əliyeva Quba rayonuna səfəri çərçivəsində arıçı Zəfər Əzizovu evində ziyarət edib. Primeinfo.az xəbər verir ki, görüş zamanı Leyla Əliyeva arıçı ailəsi ilə səmimi söhbət edib, təsərrüfatın gündəlik fəaliyyəti ilə yaxından maraqlanıb. Zəfər Əzizov arıçılıq sahəsindəki təcrübəsi və ailəsinin təsərrüfatı olan “Ballı Pətək” brendi haqqında ətraflı məlumat verib.

Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının evində - FOTO

Fevralın 24-də Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin şəhid baş giziri Şahin Allahyarovun ailəsini ziyarət edib. Primeinfo.az xəbər verir ki, əvvəlcə Leyla Əliyeva şəhidin xatirə guşəsi ilə tanış olub. Daha sonra şəhidin anası Nərgiz Allahyarova ilə söhbət edib, onun oğlu haqqında xatirələrini dinləyib, şəhidin həyatının müxtəlif dövrlərini əks etdirən şəkillərinə baxıb, Vətən müharibəsi dövründə ailə üzvlərinə göndərdiyi videoçarxı izləyib.

Leyla Əliyevadan Albaniyaya səfəri ilə bağlı paylaşım - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Albaniyaya səfərlə bağlı rəsmi “İnstagram” hesabında paylaşım edib. Primeinfo.az həmin paylaşımı təqdim edir:     Посмотреть эту публикацию в Instagram   Публикация от Official page of Leyla Aliyeva (@leyla999)

Leyla Əliyeva Tiranada uşaq evini və Universitet Xəstəxana Mərkəzini ziyarət edib - FOTO

Leyla Əliyeva Tiranada fəaliyyət göstərən “Hannah və Rosafa” uşaq evini ziyarət edib. Primeinfo.az xəbər verir ki, uşaq evi valideyn himayəsindən məhrum olan və ya sosial təhlükə mühitində yaşayan azyaşlılar üçün nəzərdə tutulmuş dövlət müəssisəsidir. Qeyd olunub ki, qurumun fəaliyyəti xüsusilə 0-6 yaşarası uşaqların mühafizəsi, tərbiyəsi və onlara hərtərəfli qayğının göstərilməsi istiqamətinə yönəlib.