Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: leyla eliyeva

Leyla və Alena Əliyevalar Gəncədə uşaqlara velosiped hədiyyə etdilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən STEAM mərkəzində və Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə olublar. Primeinfo.az-ın xəbərinə görə, mərkəzlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş icrasına başlanıldığı barədə məlumat verilib. Bildirilib ki, STEAM mərkəzi liseyin tərkibində 2021-ci ildən etibarən fəaliyyət göstərir.

Prezidentin qızı və gəlini uşaqlarla belə əyləndilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə 4 nömrəli uşaq evində olublar. Primeinfo.az-ın xəbərinə görə, ziyarət zamanı uşaq evinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, 4 nömrəli uşaq evi valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqlara xidmət göstərir.

Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb

Fevralın 5-də Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı Heydər Əliyev Fondunun uzun illərdir maarifləndirmə, səhiyyə və sosial dəstək sahələrində əhəmiyyətli layihələr həyata keçirdiyi, həm regionda, həm də beynəlxalq səviyyədə əhalinin həssas təbəqələri üçün bərabər imkanların yaradılmasına kömək etdiyi barədə məlumat verildi. Eyni zamanda, Heydər Əliyev Fondu ilə Zərqa Yaftalinin rəhbərlik etdiyi Qadınlar və Uşaqlar üzrə Hüquqi Araşdırmalar Fondu arasında əməkdaşlıq imkanlarına toxunuldu, bu fondun fəaliyyətinin 100 mindən çox qadın və uşağın təhsilə, həmçinin hüquqi müdafiəyə çıxışını təmin etdiyi qeyd olundu.

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində - FOTO

Fevralın 3-də Leyla Əliyeva Əbu-Dabidəki Zayed Milli Muzeyində “İnsan Qardaşlığı Məclisi” (“Human Fraternity Majlis”) adlı tədbirdə iştirak edib. Primeinfo.az xəbər verir ki, əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan Mübarək Al Nəhyanın videomüraciəti nümayiş olundu. Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva çıxış etdilər.

Leyla Əliyeva Efiopiya səfərindən görüntülər paylaşıb - VİDEO  

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında Efiopiya səfərindən görüntülər paylaşıb. Primeinfo.az həmin paylaşımı təqdim edir:   Bu gönderiyi Instagram’da gör   Official page of Leyla Aliyeva (@leyla999)’in paylaştığı bir gönderi

Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb - FOTO

Leyla Əliyeva ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında görüş keçirilib. Primeinfo.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Efiopiya arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub. Səmimi dialoq şəraitində keçən görüşdə Leyla Əliyeva Azərbaycan Respublikası Prezidentinin salamlarını qarşı tərəfə çatdırıb və dövlətimizin başçısının adından Baş naziri ölkəmizə səfərə dəvət edib.