Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub. Primeinfo.az xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Berhan Gözdən Əlillər üçün İnternat Məktəbini ziyarət edib. Efiopiyanın birinci xanımı Zinaş Tayaçevin təşəbbüsü və himayəsi ilə inşa olunan məktəb ölkənin bütün bölgələrindən seçilmiş 9-cu sinifdən 12-ci sinfə qədər gözdən əlilliyi olan və görmə məhdudiyyətli 300-dən çox şagirdə xidmət göstərir.
Efiopiya Federativ Demokratik Respublikasına səfəri çərçivəsində Leyla Əliyeva paytaxt Əddis-Əbəbədə yerləşən “MESOB” dövlət xidməti mərkəzində olub. Primeinfo.az xəbər verir ki, Leyla Əliyevanı Efiopiyanın Dövlət qulluğu üzrə federal komissarı (nazir) Mekuria Haile qarşılayıb. Bildirilib ki, “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün müasir “bir pəncərə” platformasıdır.
Leyla Əliyeva Adva Zəfər Muzey Kompleksində olub.
Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasında səfərdədir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında şəhid Tərlan Məmmədovun ailəsini ziyarət etməsi ilə bağlı paylaşım edib. Primeinfo.az həmin paylaşımı təqdim edir: Посмотреть эту публикацию в Instagram Публикация от Official page of Leyla Aliyeva (@leyla999)
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusar rayonuna səfər edib. Primeinfo.az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva Qusar rayonunun Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin qonağı olub və “Kənd həyatı” (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib. Çəkilişlər zamanı Leyla Əliyeva bölgəyə məxsus məşhur milli yeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləri ilə birlikdə iştirak edib.
Leyla Əliyeva Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri Hayma Al Zari ilə də görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Oman arasında kiçik və orta sahibkarlığın inkişafı, qadınların iqtisadi fəallığının artırılması, gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və innovasiyayönümlü layihələrin təşviqi məsələləri müzakirə olunub. Leyla Əliyeva Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından və ictimai təşəbbüslərdən danışıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkətində (“OMRAN” – “Oman Tourism Development Company”) bu qurum tərəfindən həyata keçirilən layihələrlə tanış olub. Primeinfo.az xəbər verir ki, 2005-ci ildə yaradılmış bu şirkət Sultanlığın əsas turizm inkişaf şirkətlərindən biridir və ölkənin turizm imkanlarını dünya səviyyəsində tanıtmaq, onun iqtisadiyyatını şaxələndirmək məqsədi daşıyır. [gallery ids="34716,34715,34714,34713,34712,34711,34710"]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Omana səfəri davam edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah ilə görüşüb. Primeinfo.az xəbər verir ki, Leyla Əliyevanı Omanda görməkdən məmnunluğunu bildirən Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah onun ictimai fəaliyyətinin Azərbaycanla yanaşı, bir çox ölkələrdə, o cümlədən Körfəzin ərəb ölkələrində yüksək qiymətləndirildiyini vurğulayıb. Omanın birinci xanımı Heydər Əliyev Fondunun vitse-prezidentinin ətraf mühitə, incəsənətə, mədəniyyətə, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyi, xeyriyyə aksiyalarında yaxından iştirakı barədə məlumatlı olduğunu bildirib.