Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 2-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə MDB-yə üzv ölkələrin müdafiə nazirləri fəxri qarovulun və hərbi orkestrin müşayiəti ilə Moskva şəhərindəki Qələbə abidəsinin önünə əklil və gül dəstələri qoyublar.
Moldova parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması barədə qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib. Primeinfo.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, səsvermə zamanı 101 deputatdan 60-ı sənədin lehinə səs verib. Prosedura əsasən, Moldova Prezidenti Maya Sandu parlamentin qəbul etdiyi qanunu imzaladıqdan sonra sənəd hüquqi qüvvəyə minəcək.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Rusiyada akkreditə olunmuş səfirləri ilə ənənəvi görüşü baş tutub. Primeinfo.az xəbər verir ki, görüşdə Azərbaycan səfiri Rəhman Mustafayev də iştirak edib. Görüşdə, həmçinin, MDB-nin Baş katibi Sergey Lebedev və digər Avrasiya strukturlarının icra orqanlarının rəhbərləri iştirak ediblər.
“Moldova Xarici İşlər Nazirliyi ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) ayrılması üçün hüquqi prosedurlara start verib”. Primeinfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Mixai Popşoi “Radio Moldova”ya çıqlamasında bildirib. Nazirin sözlərinə görə, hazırda qurum MDB-nin təsis müqaviləsi, onun əlavələri və Birliyin nizamnaməsinin ləğvi ilə bağlı xüsusi layihə üzərində işləyir: “Hökumət səviyyəsində bu proseslərin fevralın ortalarına qədər yekunlaşması, daha sonra isə sənədin parlamentin təsdiqinə təqdim edilməsi planlaşdırılır.
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirlikləri Rəhbərləri Şurasının növbəti iclası 2026-cı ildə Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, toplantıda MDB məkanında cinayətkarlığa qarşı birgə proqramların icrası, təhlükəsizlik sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi kimi məsələlər müzakirə olunacaq.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 6,784 milyard ABŞ dolları təşkil edib. Primeinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 458,5 milyon ABŞ dolları və ya 7,2% çoxdur. Məlumata əsasən, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 4,3% artaraq 1,627 milyard ABŞ dolları, idxalının dəyəri isə 8,2% artaraq 5,157 milyard ABŞ dolları olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb.
MDB ölkələri fond bazarında qanunsuz fəaliyyətlə mübarizə sahəsində vahid məlumat mübadiləsi sisteminin hazırlanması barədə razılığa gəlib. Primeinfo.az-ın MDB İcraiyyə Komitəsinə istinadən verdiyi məlumata görə, qərar müvafiq Şuranın iclasında qəbul edilib. İclasda həmçinin işçi qrupun yaradılması təsdiqlənib.
19-21 noyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində MDB-yə üzv dövlətlərin gəncləri arasında “MDB üçün 100 ideya” adlı beynəlxalq layihələr müsabiqəsi keçirilib. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Müsabiqəyə 8 MDB ölkəsindən “İT sahəsi”, “Tibb və səhiyyə”, “Təhsil”, “Təbii ehtiyatlardan rasional istifadə” və “Sosial sahə” nominasiyaları üzrə 50 iş təqdim olunub, onlardan 12 layihə ən yaxşı işlər sırasında yer alıb.
MDB ölkələri SSRİ xalqlarının Böyük Vətən müharibəsində qələbəyə verdiyi töhfədən bəhs edən “Qığılcım” (“İskra”) serialı çəkəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, səkkiz serialı layihə əsgər və komandirlərin hekayələrindən bəhs edəcək.