Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin noyabrın 5-də keçiriləcək görüşündə birlik məkanında təhlükəsizliyə çağırışlar və təhdidlər müzakirə olunacaq. Bu barədə Primeinfo.az-a Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb. Tədbirə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu rəhbərlik edəcək.
Oktyabrın 16-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 57-ci iclası keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında bildirilib. Məlumata görə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.
Azərbaycanda yeni qanun təsdiqlənib. Primeinfo.az xəbər verir ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 2022-ci il 28 oktyabr tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” Azərbaycan Respublikasının ona dair müvafiq qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilib. APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini bildirib.
9 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
Azərbaycanda keçirilən III MDB Oyunları ilə əlaqədar yarışların keçirildiyi müvafiq məkanlarda sularda təhlükəsizlik və mümkün xilasetmə tədbirlərinin effektiv təşkili üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu barədə Primeinfo.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, xidmət tərəfindən Kür çayının Mingəçevir şəhəri sahilinə düşən hissəsində keçirilən avarçəkmə yarışlarının təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir, o cümlədən xilasedici qayıqlarla xidmət aparılır.
Azərbaycan III MDB Oyunlarının medal sıralamasındakı mövqeyini itirib. Primeinfo.az xəbər verir ki, aktivində 13 qızıl, 27 gümüş və 43 bürünc medal olan komanda ikinci sıradan üçüncü pilləyə geriləyib. İkinci sıraya Belarus (15 qızıl, 20 gümüş, 28 bürünc) yüksəlib.
Xəbər verdiyimiz kimi, sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında finala vəsiqə qazanıb. Priminfo.az xəbər verir ki, Adil Əhmədzadə və Onur Quluzadə oğlanların qoşa yarışında Belarusu məğlub edib. Təmsilçilərimiz rəqiblərini 3:0 hesabı ilə üstələyiblər.