Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Primeinfo.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında, Neftçala, Qobustan, Şəki, Xızı, Kəlbəcər, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şəmkir, Samux, Şirvan, Füzuli, Zəngilan, Laçın, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Göygöldə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. Primeinfo.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 6-da ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunacaq. Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
Dekabrın 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, dekabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib. Məlumata əsasən, narahatlığa səbəb dekabrın 28-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənməsi ehtimalıdır.
İslandiyada Milad ərəfəsində dekabr ayı üzrə temperatur rekordu qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata görə, İslandiyanın şərq sahilində yerləşən Seydisfyordyur adlı kiçik yaşayış məntəqəsində havanın temperaturu yay göstəricilərinə çataraq 19,8 dərəcə olub.
Ölkənin avtomobil yollarında vəziyyət açıqlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, dekabrın 21-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Dekabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Aralıq dənizi siklonunun təsiri nəticəsində ölkə ərazisində güclü yağıntılar müşahidə olunub. Primeinfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib. O bildirib ki, Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsiri nəticəsində ölkə ərazisində dekabrın 9-u axşam saatlarından başlayan leysan xarakterli yağış, 10-u gün ərzində bəzi yerlərdə daha da intensivləşərək 11-i səhərədək fasilələrlə davam edib: “Dağlıq ərazilərə – Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağa qar yağıb.