Bakıda və Abşeron yarımadasında dekabrın 5-dən 6-sı səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraitinin dekabrın 5-i səhərədək davam edəcəyi gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.
Azərbaycanda noyabrın 30-da avtomobil yollarında gözləniləcək vəziyyət açıqlanıb. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Belə ki, bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Azərbaycanda noyabrın 27-də havanın 20 dərəcə isti olacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda noyabrda müşahidə olunan mülayim havaya səbəb isti hava kütlələrinin cənubdan hərəkət etməsi və cənub-şərq küləklərinin üstünlüyüdür. Bu barədə Primeinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Bildirilib ki, cənub axınları hava şəraitinin mülayim keçməsinə, temperaturun yüksəlməsinə səbəb olur: “Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, rayonlarda isə 25 dərəcəyədək yüksəlib.
Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Noyabrın 23-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Oktyabr ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.1- 6 dərəcə), 4 gün isə normadan aşağı (1.4-2 dərəcə) olub. Orta aylıq temperatur 18.7 dərəcə isti olub ki, bu da iqlim normasından 2.6 dərəcə yuxarıdır. Primeinfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Azərbaycanda oktyabrın 26-sı gündüz şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə hava şəraiti qısa müddətə dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yüksək dağlıq ərazilərdə – Şahdağ, Kəlbəcər, Qubadlı, Laçında isə qar yağıb.
Sabah Azərbaycanın şərq rayonlarından başlayaraq oktyabrın 18-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, oktyabrın 17-də yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.