Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: MN

Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTO - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində və xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndəliklərində silsilə tədbirlər keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə MN məlumat yayıb. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MN-də NATO-nun mobil təlim qrupunun heyəti ilə görüş keçirilib - FOTO

Bakıda təşkil olunan “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü – 2026” təlim kursu çərçivəsində Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev və nazirliyin mütəxəssisləri NATO-nun mobil təlim qrupunun heyəti ilə görüşüb. Primeinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə mobil təlim qrupunun ekspertləri NATO və təlim kursunun mərhələləri haqqında məlumat veriblər. Görüşdə peşəkarları bir araya gətirən təlim kursunun çoxmillətli qərargahlarda birgə planlama qabiliyyətinin artırılmasına, bilik və təcrübə mübadiləsinə, eləcə də ortaq dəyərlərin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.

Hərbçilərimiz BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcək - FOTO

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq “Sülh Qalxanı – 2026” adlı birgə əməliyyat-taktiki təlimində iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu həmin ölkəyə yola salınıb. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi əldə etməkdir.

Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ

Pirəkəşkül və Ağdərədə 26-30 yanvar tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək.

6 milyonluq yeyintidə təqsirli bilinən rəisin cəzası azaldıldı

Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, cinayət işində bir epizod üzrə cəlb etmə müddəti keçdiyi üçün Namiq Mirzəyevin şikayəti qismən təmin edilib və cəza 3 ay azaldılıb.

Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul edib

Qazaxıstan Respublikasının Azərbaycanda yeni təyin edilən hərbi attaşesi polkovnik Salauat Xayruşev yanvarın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, müdafiə naziri qazaxıstanlı qonağı ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykəndiyini qeyd edən nazir hərbi attaşeyə ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək xidmətində uğurlar arzulayıb.

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

29-30 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Primeinfo.az-a  Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.