Azərbaycanda keçiriləcək “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət ölkəmizin ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib.
Oktyabrın 13-17 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.
Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında görüş keçirilib. Primeinfo.az-ın məlumatına görə, İrakli Çikovani deyib ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamə Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək. O, Gürcüstan tərəfinin regional əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.
Türkiyədə rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.
Görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
Müdafiə nazirləri üçtərəfli formatda strateji tərəfdaşlıq məsələlərini və əməkdaşlığın inkişaf etdirilməsi planlarını müzakirə edəcəklər.
Oktyabrın 6-10 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.
Pirəkəşkül və Ağdərədə 29 sentyabr – 3 oktyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Primenfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Şəhidlərimizin əziz xatirəsi, şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın daima diqqət mərkəzindədir. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov Anım Günü ilə bağlı Hərbi Memorial Məzarlıqda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Vətən müharibəsinin beşinci ildönümü çərçivəsində Ali Baş Komandanın göstərişinə uyğun olaraq Hərbi Memorial Məzarlıqda genişmiqyaslı bərpa işləri həyata keçirilib: “Birinci və İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçularımızın, Vətənə xidmətdə xüsusi fərqlənən generallarımızın, zabitlərimizin, müxtəlif dövlət təltifləri ilə təltif edilmiş mülki şəxslərin uyuduğu bu ərazidə aparılan yenidənqurma işləri nəticəsində mövcud olan daş hasar aradan qaldırılıb.
Müdafiə Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı video-çarx paylaşıb. Primeinfo.az xəbər verir ki, paylaşımda Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətindən bir hissə, eləcə də Vətən müharibəsinin görüntülərini əks etdirən kadrlar yer alıb. Paylaşımı təqdim edirik: https://www.youtube.com/watch?v=nUIGP4e1LF4&t=1s