Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı arasında “Ombudsman institutunun fəaliyyəti və hərbi qulluqçuların hüquqlarının qorunması istiqamətində görülən işlər” mövzusunda, həmçinin insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması məqsədilə 2026-cı il üzrə birgə tədbirlər planı imzalanıb. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, cari il ərzində həyata keçirilməsi planlaşdırılan tədbirlərin keçiriləcəyi tarixlər, məkanlar və məsul şəxslər müəyyən edilib.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 4-də ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Markveyn Mallin və Nümayəndələr Palatasının digər üzvləri ilə görüşüb.
Müdafiə Nazirliyi ötən həftə (dekabrın 21-dən 28-dək) paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.
Pirəkəşkül və Ağdərədə 22-26 dekabr tarixlərində istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.
17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir. MN-dən Primeinfo.az-a verilən xəbərə görə, dekabrın 18-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb. General-polkovnik K.Vəliyev Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib.
“16-cı NATO günləri” çərçivəsində Alyansı Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini – Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri, general-leytenant Şuhrat Xalmuxamedov dekabrın 12-də komando hərbi hissələrindən birini ziyarət ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsinə ehtiram nümayiş etdirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində Bakıda NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri ilə nazirliyin mütəxəssisləri arasında “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü” təliminin II koordinasiya görüşü keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, general-mayor Vüqar Əliverdiyev Azərbaycan hərbçilərini NATO standartları ilə tanış etmək, onlara operativ planlaşdırma, komanda-idarəetmə prosedurları, NATO üslublu təlimlərin operativ və taktiki səviyyədə planlaşdırılması, o cümlədən icrası barədə biliklər vermək məqsədilə NATO-nun mobil təlim qrupunun təşəbbüsü ilə Azərbaycan-NATO arasında IPCP çərçivəsində mütəmadi olaraq təlim və kursların keçirildiyini bildirib. Planlaşdırılan təlimin Azərbaycan-NATO əməkdaşlığının daha da dərinləşməsinə, Azərbaycan Ordusunun NATO standartlarına uyğun operativ hazırlıq səviyyəsinin artırılmasına, kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə, həmçinin regionda sülhə və sabitliyə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir. Səfirlik nazirin səfərinin ölkələr arasında müdafiə tərəfdaşlığını gücləndirmək məqsədilə baş tutduğunu açıqlayıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Macarıstan Respublikası Müdafiə Qüvvələri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi tibb sahəsi üzrə mütəxəssisləri arasında görüş keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildriilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən görüşdə qonaqlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, tətbiq olunan yeni praktik müalicə yanaşmaları, xidmətdə və ehtiyatda olan hərbi qulluqçulara və onların ailə üzvlərinə göstərilən tibb xidmətləri barədə brifinq təqdim olunub.