Ötən il direktorların işə qəbulu üzrə müsabiqəyə müraciət edən 3036 nəfərdən 975 nəfər müsahibə mərhələsində iştirak hüququ qazanıb. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda müsahibə mərhələsi davam edir.
Günəşin sanki bizimlə gizlənqaç oynadığı gündə Xaqani bağına çatıb ayaq saxladım. Şəhər sözün əsl mənasında çiçəklənmişdi. Axı həmin gün 14 fevral idi – aşiqlərin hər vasitə ilə bir-birinə sevgilərini sübut etməyə çalışdığı gün.
“Biz artıq uzun müddətdir ki, enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq elektrik və fiber-optik dəhlizləri də əhatə etməklə dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq. Buna görə də ölkəmizin potensialı möhkəmləndikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, biz bir növ mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə Azərbaycan mediasına müsahibəsində deyib.
Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə Azərbaycan telekanallarına müsahibə verib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına geniş müsahibə verib. Primeinfo.az xəbər verir ki, Lavrovdan Türkiyə mediası üçün ilk üzbəüz müsahibəni qardaş ölkədə yaşayan tanınmış azərbaycanlı jurnalist Sevil Nuriyeva alıb. Lavrov jurnalistin Ukrayna müharibəsi, Türkiyə-Rusiya, ABŞ-Rusiya münasibətlərinə və digər mövzulara dair suallarını cavablandırıb.
2025-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib. Primeinfo.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilir ki, ötən ilin 17–18 iyul tarixlərində müsahibə mərhələsi təşkil olunan direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb.
Biz qaz hasilatını artırır, neft hasilatını azaldırıq. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlarımız var. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Prezident İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib
Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaq məqsədi daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir.