Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri nəticəsində iki ölkə arasında yaranan qarşılıqlı əlaqələrdən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə rolundan danışılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Əziz Mənsuri görüşdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən edilərək saxlanılıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər məhkum olunmuş, 50 yaşlı Azadi Babayev saxlanılıb.
Naxçıvanda bədbəxt hadisə baş verib. Primeinfo.az xəbər verir ki, hadisə Babək rayonunun Nehrəm qəsəbəsində qeydə alınıb. Belə ki, yük avtomobili yükü hasarın ətrafına boşaldan zaman hasar uçub.
Naxçıvan şəhərində məktəblinin avtomobil tərəfindən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. 74-BA-017 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil piyada zolağında hərəkətdə olan Kəngərli rayonunun Xok kənd sakini, 2010-cu il təvəllüdlü Həsənli Aydan Elşən qızını vurub.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb. Bu barədə Primeinfo.az-a İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb.
Naxçıvan Muxtar Respublikası (MR) kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova tutduğu vəzifədən azad edilib. Primeinfo.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov oktyabrın 20-də bununla bağlı sərəncam imzalayıb.
Naxçıvanda avtobus qəzaya düşüb, 15-dən çox sərnişin xəsarət alıb. Primeinfo.az-ın Report-a istinadən məlumatına görə, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15 sərnişin xəsarət alıb.
Prezident İlham Əliyev görkəmli memar Əcəmi Naxçıvaninin adibəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb. Primeinfo.az xəbər verir ki, sərəncama əsasən, orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində onun abidəsi ucaldılacaq. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə bununla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.