Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Naxçıvan

İğdır-Bakı aviareysi üzrə 106 sərnişin yola düşəcək - FOTO

İğdır-Bakı aviareysi üzrə 106 sərnişin yola düşəcək - FOTO

Bakı–İğdır marşrutu üzrə növbəti sərnişin təyyarəsi İğdır Hava Limanına enib. Primeinfo.az xəbər verir ki, Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə təşkil edilən aviareyslər çərçivəsində növbəti sərnişin təyyarəsi İğdır Hava Limanına eniş edib. İğdırdan təşkil ediləcək növbəti reyslə isə 106 sərnişin Bakıya yola düşəcək.

Naxçıvanda dəmir yollarının yenidən qurulması davam etdirilir - VİDEO

Naxçıvanda dəmir yollarının yenidən qurulması davam etdirilir - VİDEO

Naxçıvan MR-də dəmir yollarının yenidən qurulması davam etdirilir. Primeinfo.az-a bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, ötən ilin sonlarından başlayan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir.

Türkiyəli alpinistlərin iştirakı ilə Haçadağa 10-cu zirvə yürüşü - FOTO

Türkiyəli alpinistlərin iştirakı ilə Haçadağa 10-cu zirvə yürüşü - FOTO

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Haçadağın zirvəsinə növbəti ekstremal yürüş təşkil olunub. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, yürüşə 27-si Türkiyədən olamaqla, Naxçıvandan, Azərbaycanın digər bölgələrindən ümumilikdə 60 ekstrimsevər qatılıb. İştirakçılar arasında peşəkar alpinistlər, təşkilatçı qurumların təmsilçiləri və könüllü gənclər olub.

Naxçıvanda gömrük postunda 41 kq metamfetamin aşkar edilib - FOTO

Naxçıvanda gömrük postunda 41 kq metamfetamin aşkar edilib - FOTO

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a Naxçıvan Baş Gömrük İdarəsindən bildirilib. Qeyd olunub ki, ölkəmizdən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsi “Şahtaxtı” gömrük postunda gömrük yoxlamasına cəlb edilib.

Aİ səfiri Naxçıvana səfər edib - FOTO

Aİ səfiri Naxçıvana səfər edib - FOTO

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziçin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib. Primeinfo.az xəbər verir ki, Naxçıvan MR baş naziri Cabbar Musayev və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla keçirilən görüş zamanı Prezident İlham Əliyevin rəhbərlliyi ilə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla uzunmüddətli və faydalı əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.

Bayramlarla əlaqədar Naxçıvana səfərləri əvvəlcədən planlaşdırın! - AZAL-dan TÖVSİYƏ

Bayramlarla əlaqədar Naxçıvana səfərləri əvvəlcədən planlaşdırın! - AZAL-dan TÖVSİYƏ

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat ənənəvi olaraq artır. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeyd olunan dövrdə bu istiqamətdə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir. AZAL-dan Primeinfo.az-a verilən məlumata görə, hazırda qüvvədə olan uçuş cədvəlinə əsasən, bayramlar ərəfəsində və istirahət günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gün ərzində 8–10 müntəzəm reysin (gediş-gəliş 16–20 reys) yerinə yetirilməsi planlaşdırılıb.