
Kiyev regionunun Borispol bölgəsində partlayış səsləri eşidilib.
Primeinfo.az xəbər verir ki,bu barədə Ukrayna mediası Hərbi Hava Qüvvələrinə istinadən xəbər yayıb.
Borispol bölgəsinə təxminən 7 raketin atıldığı bildirilir.
Raketlərin dəqiq hədəfi və nəticələr barədə məlumat yoxdur.