Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya Ukraynada "Avrora" şəbəkəsinin paylama mərkəzinə zərbə endirib

22.08.2026 13:35

Rusiya Ukraynada "Avrora" şəbəkəsinin paylama mərkəzinə zərbə endirib

Rusiyanın hücumu nəticəsində Ukraynada “Avrora” mağazalar şəbəkəsinin paylama mərkəzi zədələnib.

Primeinfo.az xəbər verir ki, bu barədə şirkətin “Instagram” sosial şəbəkəsindəki məlumatında deyilir.

“Avrora”nın məlumatına görə, zərbə endirilərkən bütün əməkdaşlar sığınacaqda olub.

“Hadisə yerində müvafiq xidmətlər işləyir. Hazırda dəyən ziyanın miqyasını qiymətləndiririk”, – məlumatda bildirilir.

Şirkətdən qeyd ediblər ki, təsdiqlənmiş məlumatlar əldə edildikdən sonra əlavə məlumat veriləcək.

“Avrora” mağazalar şəbəkəsi adi rejimdə fəaliyyətini davam etdirir.

Paylaş: