Xəbər axtarın

Son axtarış nəticələri:

Zelenski: Rusiya yenidən Ukraynadakı nüvə obyektinə zərbə endirib

07.06.2026 17:35

Zelenski: Rusiya yenidən Ukraynadakı nüvə obyektinə zərbə endirib

Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının (AES) ətrafındakı xüsusi əraziyə yenidən zərbə endirib.

Primeinfo.az-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə teleqram kanalında yazıb.

“Şahed” PUA-sı vacib infrastruktur obyekti olan işlənmiş nüvə yanacağı üçün mərkəzləşdirilmiş saxlama kompleksinin binalarından birinə zərbə endirib. Son dərəcə kritik bir infrastruktur obyekti. Ukrayna Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi və bütün xidmətlərimiz artıq vəziyyəti tərəfdaşlarımıza bildirmək üçün çalışır. Rusiya bu nüvə infrastruktur obyektinə qəsdən zərbə endirib”, – o qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, hazırda radiasiya səviyyəsi normal səviyyəni keçmir və xilasedicilər zərbədən sonra baş verən yanğını söndürməyə nail olublar.

Paylaş: