Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Prezident kimi Naxçıvana 17 dəfə səfər etdiyini deyən dövlətimizin başçısı vurğulayıb: “Hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub. Primeinfo.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi. Bildirildi ki, Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının (güzəştli mənzillər) tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar. Primeinfo.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma yeni Baş Plan, şəhərin gələcək inkişafı üzrə müəyyən edilmiş hədəflər və görüləcək işlər barədə məlumat verdi. Bildirildi ki, Baş Plan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi şirkət “Chapman Taylor” tərəfindən hazırlanıb.
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər.
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar. Primeinfo.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov layihələrlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Bildirildi ki, 25 MVt-lıq “Şəms 1” layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir.
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Primeinfo.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. [gallery ids="97412,97413,97414"]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Azərbaycan Prezidentinin 4 avqust tarixli sərəncamları ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Anar Babayev, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Nurlan Hacıyev və Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Naim Cahidzadə ictimaiyyətə və müvafiq kollektivlərə təqdim ediliblər. Primeinfo.az xəbər verir ki, təqdimat mərasimlərindən əvvəl Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və yeni təyin olunmuş icra hakimiyyəti başçıları Naxçıvan şəhərində, Ordubad və Culfa rayon mərkəzlərində Ümummilli Lider Heydər Əliyevin abidələrini ziyarət ediblər. Təqdimat mərasimlərində çıxış edən səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin yeni təyinatlarla bağlı sərəncamlarını elan edib, dövlət başçısının tapşırıq və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.