
ABŞ və Meksika yeni ticarət sazişinin hazırlanması prosesinə başlayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Biz həmçinin ABŞ üçün əhəmiyyətli dərəcədə daha sərfəli olacaq Meksika ilə yeni müqavilə üzərində işə başlayırıq”, – o, Vaşinqton ətrafındakı “Endryus” hərbi bazasında mətbuat nümayəndələri ilə söhbətində deyib.
Bundan əlavə, Tramp Vaşinqtonun Kanada ilə ticarət sahəsində “əhəmiyyətli dərəcədə” razılığa gəldiyini qeyd edib.
İyulun sonunda ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Ağ Ev administrasiyası istehsal güclərinin Asiya regionundan Şimali Amerika ərazisinə köçürülməsi ilə bağlı Meksika tərəfi ilə konstruktiv dialoq aparır.
Daha əvvəl Tramp Meksikanı artırılmış idxal tariflərinin mümkün tətbiqi barədə xəbərdar etmişdi.
Amerika Prezidenti buna səbəb kimi istifadəsi ABŞ sakinləri arasında kütləvi qida zəhərlənmələrinə gətirib çıxaran göyərtini göstərib.
Versiyalardan birinə görə, sözügedən məhsul Birləşmiş Ştatlara Meksika ərazisindən idxal edilmiş ola bilər.