
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri şərəfinə paytaxt Daşkənd şəhərinin səmasında möhtəşəm dron şousu təşkil olunub.
Primeinfo.az xəbər verir ki, gecə saatlarında keçirilən vizual şou şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Yüzlərlə müasir pilotsuz uçuş aparatı (dron) eyni vaxtda havaya qalxaraq göy üzündə Azərbaycan və Özbəkistan prezidentlərinin portretlərini, habelə hər iki qardaş ölkənin dövlət bayraqlarını və strateji dostluq simvollarını əks etdirən işıqlı kompozisiyalar yaradıblar.
Daşkənd səmasını bəzəyən bu təsirli görüntülər qısa zamanda sosial şəbəkələrin Azərbaycan və Özbəkistan seqmentində sürətlə yayılaraq izləyicilərin böyük rəğbətini qazanıb.