Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Naxçıvan

Azərbaycanda bu deputatlara yeni VƏZİFƏ VERİLDİ

Azərbaycanda bu deputatlara yeni VƏZİFƏ VERİLDİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin sədrləri seçilib. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, Ali Məclisinin bu gün keçirilən sessiyasında Ali Məclis komitələrinin yeni sədrləri və üzvləri seçilib. Əliyev Əjdər Zahid oğlu Hüquq siyasəti komitəsinin, Bayramov Mübariz Rəcəb oğlu İqtisadi siyasət komitəsinin, Canməmmədov Canməmməd Ramiz oğlu Humanitar siyasət komitəsinin, Quliyeva Zeynəb Kərim qızı isə Sosial siyasət komitəsinin sədri seçiliblər.

Ülvi Hüseynli işdən çıxarıldı

Ülvi Hüseynli işdən çıxarıldı

Naxçıvan Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən azad edilib. Primeinfo.az xəbər veri ki, imzalanmış müvafiq sərəncamla Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri Ülvi Hüseynli tutduğu vəzifəsindən azad edilib. Qeyd edək ki, Ü.Hüseynli 2020-ci ildən bu vəzifədə çalışırdı.

Naxçıvanda DYPİ-dən qarla bağlı sürücü və piyadalara MÜRACİƏT 

Naxçıvanda DYPİ-dən qarla bağlı sürücü və piyadalara MÜRACİƏT 

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi muxtar respublikada hökm sürən qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib Nazirliyin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, havanın qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, sürücülər mövsümi şinlərdən, zəncirlə təchiz olunmuş təkərlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Onlar sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini nəzərə almalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməlidirlər.

Naxçıvanda əməyin mühafizəsi üzrə təlimlərə start verilib

Naxçıvanda əməyin mühafizəsi üzrə təlimlərə start verilib

Naxçıvan Muxtar Respublikasında “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusunda maarifləndirici təlim təşkil olunub. Primeinfo.az xəbər verir ki, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə bir müəssisənin 17 əməkdaşı iştirak edib. Təlim çərçivəsində mütəxəssislər tərəfindən təqdimatlar nümayiş etdirilərək əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, habelə yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat verilib.

Naxçıvanda iki türk tələbə dəm qazından boğulub öldü

Naxçıvanda iki türk tələbə dəm qazından boğulub öldü

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb. Primeinfo.az Nuhçıxan-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb. Məlumata görə, Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.

Naxçıvanda qəza: 4 nəfər xəsarət aldı

Naxçıvanda qəza: 4 nəfər xəsarət aldı

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. 85-AD-506 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə 69-BF-990 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Naxçıvanda bayram günlərində 20 nəfər zəhərlənib

Naxçıvanda bayram günlərində 20 nəfər zəhərlənib

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə ilə bağlı 20 fakt qeydə alınıb. Yoluxucu Xəstəliklər Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, qeyd olunan dövrdə ümumilikdə 20 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib. Statistikaya əsasən, zəhərlənmə hallarından 11-i qida, 6-sı dəm qazı, 3-ü isə alkoqol mənşəli zəhərlənmə olub.

Naxçıvana 35 santimetr qar yağıb

Naxçıvana 35 santimetr qar yağıb

Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi zonalarında qarlı-şaxtalı hava şəraiti axşam saatlarında da davam edir. Muxtar respublikanın bəzi aran rayonlarında isə artıq qar kəsilib. Primeinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.