Xəbər axtarın

Son axtarış nəticələri:

Naxçıvanda İcazə blanklarının verilməsi yeni ünvanda

22.05.2026 19:06

Naxçıvanda İcazə blanklarının verilməsi yeni ünvanda
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Naxçıvan şəhərində sahibkarlıq subyektlərinə xidmətlərin göstərilməsi yeni ünvanda təşkil edilir.

Primeinfo.az xəbər verir ki, mayın 23-dən Naxçıvan şəhəri, Atatürk küçəsi 1 ünvanında yerləşən Mərkəzi Poçt şöbəsində daşıyıcılara avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün xarici ölkələrin İcazə blanklarının verilməsi xidməti göstəriləcək.

Yeni ünvanda xidmətlərin təqdim edilməsi sahibkarlıq subyektlərinə bu xidmətlərə asan və rahat çıxışı təmin edir.

Qeyd edək ki, sahibkarlara göstərilən xidmətlərin şəffaflığının təmin edilməsi məqsədilə AYNA tərəfindən əvvəlki dövrlərdə Bakı, Gəncə, Xaçmaz və Yevlax KOB evlərində, həmçinin “Azərpoçt” MMC-nin Lənkəran rayon filialında icazə blanklarının verilməsi xidməti təşkil olunub.

Uçotun təşkili, eləcə də bu sahədə nəzarətin elektron qaydada təmin edilməsi məqsədilə daşıyıcılara İcazə blanklarını permits.ayna.gov.az sistemi üzərindən sifariş etmələri tövsiyə olunur.

 

Paylaş: