Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilir. Primeinfo.az-ın məlumatına görə, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Aida Əli qızı Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələ yekdilliklə qəbul edilib.
Naxçıvanda qeyri-sabit hava şəraiti davam edir. Primeinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.
Naxçıvan Muxtar Respublikası (MR) İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Naxçıvanda 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu keçirilir. Primeinfo.az xəbər verir ki, forumda Naxçıvan MR, eləcə də Türkiyənin Qars, İğdır və Ardahan vilayətlərinin dövlət və özəl sektor nümayəndələri iştirak edir. Forum çərçivəsində təqdimatlar, müzakirələr və B2B görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadaraq onların pulunu ələ keçirən şəxs saxlanılıb. Primeinfo.az xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları insanları işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 53 yaşlı İlqar Əliyevi saxlayıb. Aparılan araşdırmalarla İ.
Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib. Primeinfo.az-ın məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb. Qurumun adı artıq bir çox rəsmi sənəddən çıxarılıb.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov kollektivə təqdim olunub. Primeinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlardan, xüsusilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib. Onun sözlərinə görə, səhiyyənin müasir tələblər əsasında inkişafı dövlət proqramında əsas prioritetlərdən biri kimi müəyyən edilsə də, səhiyyə sektorunda nəzərdə tutulan vəzifələrin icrasında gecikmələr və qeyri-dəqiqliklər müşahidə olunub.
Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıb. Primeinfo.az xəbər verir ki, Şərur rayonunun Tumaslı kəndində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 300 manat dəyərində qızıl-zinət əşyasının və 310 manat pulun naməlum şəraitdə oğurlanmasını bildirib. Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ülvi Tağıyev müəyyən edilərək saxlanılıb.
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı qərar Ali Məclisin dekabrın 1-də keçirilmiş iclasında qəbul olunub. Məlumata görə, iclasda muxtar respublikanın 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” məsələyə baxılıb.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov vəzifəsindən azad olunub. Primeinfo.az xəbər verir ki, bu barədə qərar Naxçıvan Ali Məclisinin dekabrın 1-də keçirilən növbəti sessiya iclasında qəbul edilib. Bildirilib ki, bugünkü yığıncaqda Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun vəzifəsindən azad edilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılıb və səsə qoyularaq qəbul olunub.
Naxçıvanda silah-sursat aşkarlanıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.