Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vəzifəsindən azad olunub. Primeinfo.az xəbər verir ki, o, “Teleqraf”a açıqlamasında işdən çıxarılmasından danışıb. “Nəinki Naxçıvan, mən bütöv Azərbaycanımızın vurğunuyam.
Naxçıvan şəhərində Azərbaycan şairi, dramaturq Hüseyn Cavidin qəbri üzərində ucaldılmış məqbərə bərpa olunacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosu məlumat yayıb. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məqbərədə bərpa konservasiya işlərinin aparılması üçün layihə smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma elan olunub.
Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın başlayıb. Primeinfo.az xəbər verir ki, yanğın yanacaqdoldurma məntəqəsinin ambarında baş verib. Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvam Şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım xidmətinin əməkdaşları cəlb olunub.
Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının (MR) Baş naziri vəzifəsindən azad edilib. Primeinfo.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin noyabrın 12-də keçirilən iclasında bu barədə qərar qəbul edilib. İclasda qeyd olunub ki, C.Cəlilov Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunduğu üçün muxtar respublikanın Baş naziri vəzifəsindən azad edilməlidir.
Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Ceyhun Cəlilovun dosyesini təqdim edirik: Cəlilov Ceyhun Ramiz oğlu 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.
Naxçıvan Mədəniyyət Nazirliyinin regional bölmələri yenidən təşkil edilib. Primeinfo.az xəbər verir ki, nazirliyin rayon (şəhər) mədəniyyət idarə və şöbələri ləğv olunub. Yeni sərəncama əsasən, nazirliyin regional mədəniyyət idarələri yaradılıb.
Naxçıvan Duz Muzeyi ləğv edilib. Primeinfo.az Modern.az-a istinadla xəbər verir ki, muzey artıq fəaliyyətini dayandırıb. Muzeyin ləğvedilmə səbəbi məlum deyil.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu noyabr ayının pensiya ödənişi başa çatdırıb. Primeinfo.az xəbər verir ki, bu barədə fond məlumat yayıb. Pensiyaçılar ödənişləri plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Naxçıvan Muxtar Respublikasının rezidentləri 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən və gömrük rüsumlarından azad edilir. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidentləri olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-ci il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır.
Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri nəticəsində iki ölkə arasında yaranan qarşılıqlı əlaqələrdən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə rolundan danışılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Əziz Mənsuri görüşdə iştirak edib.