Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Netanyahu

Netanyahu: "Laricanini öldürdük, İran xalqına rejimi devirmək şansı verdik"

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi İran xalqına rejimi devirmək fürsəti vermək məqsədi daşıyır. Primeinfo.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. O bildirib ki, Əli Laricaninin və “Bəsic” qüvvələrinin komandiri Qülamrza Süleymaninin öldürülməsi “İran xalqına fürsət vermək üçün rejimə ziyan vurmaq” cəhdi idi.

Trampın köməkçiləri Netanyahu ilə söhbətin detallarını açıqlamayıb

ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner İsraildədir və Vaşinqtonun Qəzza müharibəsini bitirmək üçün hazırladığı 20 maddəlik planın irəlilədilməsi səylərini müzakirə edirlər. Primeinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, onların İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşləri səmərəli olub.

Putin və Netanyahu İrandakı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, liderlər Yaxın Şərq və İrandakı vəziyyəti müzakirə ediblər.

Netanyahu Fələstin dövlətinin yaradılmasına yol verməyəcəklərini bəyan edib

İsrail Baş naziri Binyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına yol verməyəcəklərini bəyan edib. Primeinfo.az-ın xəbərinə görə, Binyamin Netanyahu bunu Almaniya kansleri Fridrix Merzlə Qüdsdə birgə mətbuat konfransında bəyan edib. İsrail Baş naziri deyib ki, Fələstin dövlətinin yaradılması ilə bağlı məsələdə Fridrix Merzlə fikir ayrılıqları var: “Aydındır ki, fərqli bir baxışımız var, çünki Fələstin dövlətinin məqsədi yeganə yəhudi dövlətini məhv etməkdir.

Netanyahunun həbsinə order verilib

İstanbul Prokurorluğu, Qəzzada mülki əhaliyə qarşı hücumlar və Qlobal Sumud Donanmasına edilən müdaxilə ilə bağlı, İsrailin Baş naziri Benyamin Netanyahunun da aralarında olduğu 37 yüksək vəzifəli İsrail rəsmisinin soyqırım və bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə həbsinə order verib. Primeinfo.az-ın məlumatına görə, həbs qərarı verilənlər arasında Müdafiə naziri İsrael Katz, Sərhəd Təhlükəsizliyi naziri İtamar Ben Gvir, ordunun Baş Qərargah rəisi Eyal Zamir və Dəniz Donanmasının komandanı David Saar Salama da yer alır. Prokurorluğun məlumatında bildirilir ki, İsrail Qəzzada sistematik şəkildə mülki insanlara qarşı hücumlar həyata keçirib, xəstəxanalar və yaşayış məntəqələri bombalanıb, humanitar yardımların qarşısı alınıb.

Netanyahu Trampa qızıl göyərçin verib - FOTO

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ lideri Donald Trampın İsrailin ən ali dövlət mükafatı olan “İsrail” mükafatına namizədliyini irəli sürüb. Primeinfo.az xəbər verir ki, bunu Netanyahu İsrail parlamentdəki çıxışında deyib. Onun sözlərinə görə, Tramp bu mükafata layiq görülən ilk qeyri-israilli olacaq.

Elçin Alıoğlu: Nə qədər ki, gec deyil, istefa verin! - VİDEO

“Mənim İsrailin Baş naziri Benyamin Netanyahuya vətəninə xidmətinə görə böyük hörmətim var. Çünki xüsusi təyinatlı dəstədə döyüşüb, həyatını dəfələrlə riskə atıb, cəsur komandir, şərəfli insan olub. Amma dövləti idarə etmək kiçik alayı idarə etmək deyil, çox çətin işdir”.