Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Novruz

34 il sonra ilk çərşənbə tonqalı qalandı

Uzun fasilədən sonra azad Xocavənddə keçirilən bayram şənliyində Azərbaycanın zəngin milli musiqi sədaları ətrafa yayılıb. Primeinfo.az xəbər verir ki, şəhər mərkəzində Novruz bayramı ab-havası yaşanıb. İlaxır çərşənbənin tonqalı qalanıb.

DYP-dən bayram günləri ilə bağlı sürücülərə MÜRACİƏT

“Bayramla əlaqədar qeyri-iş günlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri fasiləsiz olaraq, hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək”. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bundan əlavə, qeyri-iş günlərində nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsində, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək təşkil olunacaq.

Tonqaldan atılarkən ehtiyatlı olun! - FHN-dən əhaliyə ÇAĞIRIŞ

Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbəsi ilə bağlı əhaliyə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Bu gündən xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarını qeyd etməyə başlayır. Bu münasibətlə keçirilən mərasimlərdə, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə arzuolunmaz və acı nəticələrə yol aça bilər”.