Ombudsmanın illik məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada 2026-cı ilin 24 fevral tarixində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib və müvafiq dövlət qurumlarına göndərilib.
Ombudsman Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb.
Ombudsman Vardanyanla bağlı açıqlama yaydı
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bəyanat verib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında “Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən “Qurtuluş” reabilitasiya mərkəzində Ombudsman Aparatının əməkdaşları tərəfindən monitorinq keçirilib. Bu barədə Primeinfo.az-a Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş monitorinqin məqsədi bu mərkəzdə saxlanma şəraiti, rəftar məsələlərinin araşdırılması və reabilitasiya prosesinə cəlb olunmuş şəxslərin hüquqlarının təmini məsələlərinin öyrənilməsi olub.
Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı arasında “Ombudsman institutunun fəaliyyəti və hərbi qulluqçuların hüquqlarının qorunması istiqamətində görülən işlər” mövzusunda, həmçinin insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması məqsədilə 2026-cı il üzrə birgə tədbirlər planı imzalanıb. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, cari il ərzində həyata keçirilməsi planlaşdırılan tədbirlərin keçiriləcəyi tarixlər, məkanlar və məsul şəxslər müəyyən edilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdsman) Səbinə Əliyeva Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Primeinfo.az-ın məlumatına görə bəyanatda deyilir: “2020-ci il 27 sentyabr tarixində Ermənistanın silahlı qüvvələri işğal siyasətini davam etdirmək məqsədilə azərbaycanlı mülki əhalinin sıx yaşadığı yaşayış məntəqələrini intensiv şəkildə və ağır silahlardan istifadə etməklə atəşə tutaraq müharibə cinayətləri törətmişdir. Nəticədə, çoxsaylı dinc insanlar həlak olmuş, yaralanmış, mülki, inzibati və sosial obyektlər dağıdılmışdır.
Monteneqro Ali Məhkəməsi əvvəllər Podqoritsada baş verən insidentlə əlaqədar həbs olunan Türkiyə və Azərbaycan vətəndaşlarının həbsini ləğv edib.
Monteneqro Respublikasının İnsan Hüquqları və Azadlıqları Müdafiəçisi Sinişa Bjekoviç Podqoritsa şəhərində Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın məktubuna rəsmi qaydada cavab ünvanlayıb.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva son günlər Monteneqronun paytaxtı Podqoritsa şəhərində bir neçə Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı monteneqrolu həmkarı Sinişa Bjekoviçə məktub ünvanlayıb.