Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ombudsman

Ombudsmandan beynəlxalq təşkilatlara BƏYANAT 

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsinin 5-ci il dönümü ilə bağlı bəyanat yayıb. Primeinfo.az xəbər verir ki, bəyənatda deyilir: “2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini pozaraq azərbaycanlımülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini intensiv və ağır silahlardan atəşə tutmaqla çoxsaylı dinc insanların tələfatı ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlara başlamasından beş il ötür. Həmin dövrdə Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək, mülki əhalinin yaşamaq hüququnun təmini, otuz ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi məqsədilə əks-hücum əməliyyatlarına başlamış, nəticədə mötəbər beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrası təmin olunmaqla bərabər, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa edilmişdir.

Aeroportda taksi qiyməti ilə bağlı hökumətə MÜRACİƏT EDİLƏCƏK

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinq aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) məlumat yayıb. Bildirilib ki, Ombudsman Aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sentyabrın 10-dan taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.