Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Prezident İlham Əliyev

3 nəfərə general rütbəsi verildi - SƏRƏNCAM

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən aşağıdakı şəxslərə ali hərbi və xüsusi rütbələr verilib: “general-leytenant” ali hərbi rütbəsi general-mayor Adil Ələsgər oğlu Abdullayevə “general-mayor” ali hərbi rütbəsi polkovnik Fərhad Nəriman oğlu Səmədova polkovnik Seymur Taleh oğlu Qaraşova “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.

İlham Əliyev Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev keçmiş dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Primeinfo.az-ın məlumatına görə, mətndə deyilir: “Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Cümşüd oğlu Axundov 2025-ci il dekabrın 14-də ömrünün 84-cü ilində vəfat etmişdir.

Paşinyan İlham Əliyevə təşəkkür edib

“Ermənistan Respublikası AİB-in xarici iqtisadi əlaqələrinin coğrafiyasının genişləndirilməsinə xüsusi əhəmiyyət verir və bu sahəni Birliyin qlobal iqtisadiyyatdakı rolunun daha da gücləndirilməsində əsas amil hesab edir”. Primeinfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçirilən Avrasiya İqtisad Birliyinin Hökumətlərarası Şurasının iclasında bildirib. Onun sözlərinə görə, yeni azad ticarət sazişlərinin bağlanması təkcə dialoqu intensivləşdirməklə yanaşı, həm də AİB-in rəqabət qabiliyyətinin artmasına töhfə verir və regionda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açır.