Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Prezident İlham Əliyev

İlham Əliyev Laos dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Laos Xalq Demokratik Respublikasının yaranmasının 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan Laos ilə əlaqələrin genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir.

Zərdabda yol təmirinə 2 milyon manat ayrılıb - SƏRƏNCAM

Zərdab rayonunun Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 2 milyon manatı ayrılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla Sərəncam imzalayıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Sərəncamda göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.

Prezident Timor-Leste dövlət başçısına məktub göndərib

Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortaya təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Timor-Leste Demokratik Respublikasının müstəqilliyinin elan edilməsinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram. Azərbaycan ilə Timor-Leste arasında münasibətlərin yeni vüsət alması bizi sevindirir.