Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçirilən strateji investisiya layihələrini təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 6 il ərzində verilir. Primeinfo.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Prezident İlham Əliyevin sosial media hesabında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.
Prezident İlham Əliyev dünın 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib. Bəs gənclərə verilən Prezident Mükafatı nə vaxt təsis olunub və nədən ibarətdir?
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bəzi şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib. Primeinfo.az təltif edilən gənclərdən bəziləri haqda məlumatları təqdim edir: Prezident mükafatına layiq görülən gənclərdən biri “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyevadır.
Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək. Primeinfo.az xəbər verir ki, Kreml Suriya Prezidentinin Rusiyaya səfər edəcəyini təsdiqləyib. Məlumata görə, sabah Rusiya Prezidenti Vladimir Putin Moskvada işgüzar səfərdə olacaq Suriya Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşüb.
İran Prezidenti Məsud Pezeşkian ölkə rəhbərliyinin idarəetmədə yol verilmiş səhvləri açıq şəkildə etiraf etməli və onların aradan qaldırılması istiqamətində real addımlar atmalı olduğunu bildirib. Onun sözlərinə görə, mövcud problemlərin inkar edilməsi və məsuliyyətin başqalarının üzərinə atılması müsbət nəticə verməyəcək. Primeinfo.az-ın məlumatına görə, Prezident vurğulayıb ki, əhalinin, xüsusilə də yoxsul və həssas sosial qrupların şikayət və tələblərinin görməzlikdən gəlinməsi cəmiyyətdə narazılığın artmasına səbəb ola bilər.