Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: putin

Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Putin və Tramp arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, telefon danışığı Trampın təşəbbüsü ilə baş tutub.

Putin: "Yaxın Şərqdə sabitliyin pozulması enerji qiymətlərini artıracaq"

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva dəfələrlə Yaxın Şərqdə sabitliyin pozulmasının neft və qaz qiymətlərinin artmasına səbəb olacağı barədə xəbərdarlıq edib. Primeinfo.az “TASS”a istinadən xəbər verir ki, Putin bu barədə Kremldə dünya enerji bazarındakı vəziyyətə həsr olunmuş müşavirədə danışıb. “Rusiya dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə vəziyyəti destabilizasiya etmək cəhdləri qaçılmaz olaraq qlobal yanacaq və enerji sisteminə zərbə vuracaq”, – deyə Rusiya prezidenti qeyd edib.

Putin Müctəba Xamneyini təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneini İranın Ali Rəhbəri seçilməsi münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Putin Rusiyanın İran İslam Respublikasının etibarlı tərəfdaşı olduğunu və belə də qalacağını qeyd edib.

"Putin-Tramp danışığı planda yoxdur" - Peskov

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırılmır. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hələlik Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı planda yoxdur.

"Putini acı sonluq gözləyir" - Sensasion AÇIQLAMA  - VİDEO

“Putini belə buraxmayacaqlar və sonu faciəli bitəcək. Onu çox acı sonluq gözləyir. Putin ötən dörd ildə heç nəyə nail olmadı. Belqorod zülmət içindədir, Kursk, Tatarıstan, Bryansk və digər yerlərdə də vəziyyət çətindir”.

Putin Sergey İvanovu Rusiya Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıb

Rusiya prezidenti Vladimir Putin Sergey İvanovu Rusiya Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıb. Primeinfo.az xəbər verir ki, İvanovun Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılması barədə prezident fərmanı bu gün imzalanıb. Qeyd edib edək ki, fevralın 4-də Putin Sergey İvanovu ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad etmişdi.

Putin mayın sonunda Qazaxıstana gedəcək

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb. Primeinfo.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Rusiya-Qazaxıstan münasibətlərinin daha da inkişaf etdirilməsi, hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik barədə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Putin may ayının sonunda Astanada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının qarşıdan gələn iclasında iştirakını təsdiqləyib.