Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: qar

Ötən gün havaya görə bir nəfər öldü

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb. Primeinfo.az-a bu barədə Mərkəzdən məlumat verilib. Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub.

Ən çox qar bu rayonlara yağıb - FAKTİKİ HAVA

Fevralın 5-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Primeinfo.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub.

Bakıda çovğun müşahidə edilir - Hidrometeorologiya Xidməti

Azərbaycanda, xüsusilə Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə edilir. Primeinfo.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 m/s-yə çatır. Onun sözlərinə görə, ölkə ərazisində hava şəraiti mürəkkəb sinoptik proseslərin təsiri altında formalaşır: “Fevralın 3-ü axşam saatlarından başlayaraq şimal-qərb istiqamətindən ölkə ərazisinə daxil olan arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub.

Qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 4-6-da fasilələrlə yağıntılı olacağı gözlənilir. Fevralı 4-ü gün ərzində, 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında isə fevralın 3-ü axşamdan 5-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq

Yaxın günlərdə Bakıda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Primeinfo.az-ın hava proqonozları dərc edən saytlara istinadən xəbər verir ki, 5 fevralda paytaxtda qar yağması, temperaturun isə 0 dərəcəyə qədər enməsi gözlənilir. Məlumata görə, həftənin əvvəlində hava nisbətən mülayim keçsə də, 5-6 fevral tarixlərində soyuq hava kütlələrinin təsiri ilə temperatur tədricən azalacaq.

Azərbaycanda 13 dərəcə şaxta gözlənilir - PROQNOZ

Azərbaycanda yanvarın 28-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Sabah bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

Azərbaycanda yanvarın 27-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.